Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 04.02.2020 / 14:36

Fevralın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində, “Könüllülər yurdu-Azərbaycan” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Fərid Vaqifli, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Bünyamin Musayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli və gənc könüllülər iştirak ediblər.

Çıxışlarda dövlət tərəfindən gənclərə diqqət və qayğı göstərildiyi və bunun bariz nümunəsi olaraq 2020-ci ilin “Könüllülər ili” elan edildiyi bildirilib. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra respublikamızda gənclər siyasətinin əsasının qoyulduğu və bu istiqamətdə bir sıra vacib qərarların qəbul edildiyi qeyd olunub.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Dövlət Komitəsinin könüllüləri Xarici əlaqələr şöbəsinin iş prinsipi ilə tanış olublar

Könüllü fəaliyyət
14.09.2020 / 13:24
Ətraflı oxu

Qaradağ rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
20.08.2019 / 17:14
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbirlər keçirilib

Press-relizlər
11.11.2015 / 16:55
Ətraflı oxu

Bölgələrdə Xocalı soyqırımının qurbanları anılır

Press-relizlər
22.02.2019 / 17:03
Ətraflı oxu