Lənkəranda 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Press-relizlər / 31.01.2020 / 17:57

Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı 2019-cu ildə görülən işlərə nəzər salınıb. Vurğulanıb ki, məscidlərdə keçirilən mərasimlər QMİ-nin fətvasına və qanunvericiliyin tələblərinə uyğun olaraq baş tutub. 2020-ci ildə də mənəvi dəyərlərimizin fəal şəkildə təbliğ edilməsi, dini maarifləndirmə işinin düzgün təşkil olunması, habelə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələr verilib. Natiqlər, xalqımızın çoxəsrlik milli-mənəvi və dini dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra əhəmiyyətli görüşlər keçirib

Press-relizlər
30.06.2018 / 12:54
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

“Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir baş tutub

Press-relizlər
21.12.2017 / 16:07
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.02.2019 / 16:43
Ətraflı oxu

Astarada Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib

Press-relizlər
02.05.2019 / 12:41
Ətraflı oxu

Multikulturalizm xalqımızın həyat fəlsəfəsidir

Multikulturalizm
07.02.2017 / 16:50
Ətraflı oxu