“N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 23.01.2020 / 17:47

Yanvarın 23-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçlığı ilə “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir” mövzusunda tədbir keçirilib.       

Tədbirdə təşkilatçı qurumların nümayəndələri, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Beylqan rayon “N” saylı hərbi hissə komandirinin şəxsi heyətlə ideoloji iş və psixoloji təlimlər üzrə müavini mayor Elşən Qurbanov DQİDK-nın hərbi hissələrdə vətənpərvərlik mövzusunda təşkil etdiyi maarifləndirmə tədbirlərini yüksək qiymətləndirərək bildirib ki, bu cür tədbirlərin keçirilməsi milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyətə malikdir.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əmkdaşı Bəhrəm Ədalətoğlu Vətən anlayışı, İslam dininin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin zərərli dini cərəyanların təsirlərindən qorunması, Vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində  müxtəlif tədbirlər həyata keçirilir.    

Beyləqan Rayon İcra Hakimmiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Tofiq Səfərov keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri gənclərin formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsində müstəsna rol oynayır. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət-din münasibətləri və milli mənəvi dəyərlərimizin təbliği

Press-relizlər
16.12.2014 / 16:31
Ətraflı oxu

DQİDK-nın sədr müavini: Dövlət Komitəsi Nardaran qəsəbəsindəki maarifləndirmə tədbirlərinə hərtərəfli dəstək verir

Müsahibələr
01.12.2017 / 17:59
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar

Press-relizlər
24.02.2020 / 12:16
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
10.05.2019 / 16:22
Ətraflı oxu

Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.05.2019 / 09:54
Ətraflı oxu

Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
10.06.2019 / 09:47
Ətraflı oxu