Dövlət Komitəsi sədrinin birinci müavini Neftçalada vətəndaşları qəbul edib

Press-relizlər / 23.01.2020 / 15:24

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı yanvarın 23-də Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Qəbulda Neftçala sakinlərinin müraciət və şikayətlərinə baxılıb. Müraciətlər dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digər müraciətlər üzrə Komitənin bölgə şöbəsinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.02.2019 / 16:43
Ətraflı oxu

Marta Çvey: Azərbaycan multikulturalizm, dözümlülük və müstəqil KİV-lərin inkişafı üçün gözəl örnəkdir

Multikulturalizm
26.11.2016 / 16:49
Ətraflı oxu

Şəkidə növbəti maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.01.2017 / 17:35
Ətraflı oxu

Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alacaq (FOTO)

Press-relizlər
04.08.2013 / 10:28
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Qubada “Ənənəvi islam və multikultural dəyərlərin təbliği” adlı layihə davam edir

Press-relizlər
18.11.2016 / 16:55
Ətraflı oxu