Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 22.01.2020 / 17:22

Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə şəhərin R.Bədəlov adına 9 saylı tam orta məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və digər zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Mərkəzin əməkdaşı Xalid Şəmili, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Bəxtiyar İbayev, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı gənclərin yad dini ideologiyalardan, narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının vacibliyi qeyd edilib. Vurğulanıb ki, bu kimi zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elmə yiyələnməsi, milli-mənəvi dəyərlər ruhunda formalaşması olduqca əhəmiyyətlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə ...

Xəbərlər
15.01.2021 / 17:27
Ətraflı oxu

Lənkəranda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
29.07.2019 / 15:07
Ətraflı oxu

Masallı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.08.2019 / 15:13
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı ...

Press-relizlər
14.01.2021 / 17:15
Ətraflı oxu

Mübariz Qurbanlı Komitənin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüşüb

Xəbərlər
15.01.2021 / 14:15
Ətraflı oxu

Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər

Xəbərlər
19.01.2021 / 10:20
Ətraflı oxu