Zaqatalada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər / 21.01.2020 / 15:12

Yanvarın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayon Gözbarax kənd tam orta məktəbində 20 Yanvar hadisəsinin 30-cu ildönümünə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşı Vüqar Məmmədov, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala RİH başçısının Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun Hüseynov, Gözbarax kənd tam orta məktəbinin direktoru Carullah Mustafayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı  20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində milli azadlıq və qürur, milli dövlətçilik, həmrəylik rəmzi olması ilə yanaşı müstəqilliyimizin ilk illərində  xalqımızın ən ağır sınaqlardan uğurla keçdiyi bildirilib. Şəhidlik zirvəsinin milli-mənəvi dəyərlərin ən yüksək məqamlarından olduğu vurğulanıb, şəhidlərin əziz xətirəsinin xalqımızın qan yaddaşında qızıl hərflərlə həkk olunduğu bildirilib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, iştirakçılara maarifləndirici ədəbiyyat paylanılıb.


Son baxılan xəbərlər

Ağdaşda "Sağlam həyat,yüksək mənəviyyat naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.10.2019 / 14:58
Ətraflı oxu

Şəkidə dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri mövzusu müzakirə olunub

Press-relizlər
20.10.2017 / 10:47
Ətraflı oxu

Xocasən qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.02.2020 / 16:55
Ətraflı oxu

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib

Xəbərlər
16.04.2019 / 17:10
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ramazan ayı ilə bağlı fikirlərini ...

Xəbərlər
21.04.2020 / 11:45
Ətraflı oxu

Zaqatalada multikulturalizm mövzusunda tədbir keçirilib

Press-relizlər
19.04.2016 / 18:12
Ətraflı oxu