Saatlıda “Vətən sevgisi – şəhidlik zirvəsi” mövzusunda tədbir baş tutub

Press-relizlər / 21.01.2020 / 14:58

Yanvarın 21-də Saatlı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Saatlı rayon Dəllər kənd məscidində “Vətən sevgisi – şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Dəllər kənd məscidi dini icmasının sədri Namiq Zeynalov, Saatlı şəhər “Yeni” məscidi dini icmasının imam müavini Mahir Əmirov, dini icma üzvləri, dindarlar, ziyalılar  və  gənclər  iştirak ediblər.

Çıxışlarda İslamda Vətən sevgisinin müqəddəsliyindən gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruriliyindən bəhs edilib. Şəhidlik anlayışından, Vətən yolunda şəhid olanların örnək həyatından danışılaraq bildirilib ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Tərtərdə “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
15.11.2016 / 16:13
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
11.09.2017 / 14:45
Ətraflı oxu

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb

Press-relizlər
08.01.2020 / 09:21
Ətraflı oxu

Ağstafada “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

Press-relizlər
05.06.2018 / 18:02
Ətraflı oxu

Masallıda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
19.02.2020 / 14:38
Ətraflı oxu

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.03.2018 / 13:13
Ətraflı oxu