Mingəçevir şəhəri, Göyçay və Zərdab rayonlarında 20 Yanvar şəhidləri anılıb

Press-relizlər / 17.01.2020 / 17:49

Yanvarın 16-da Göyçay və Zərdab rayonlarında 20 Yanvar-Ümumxalq Hüzn Gününün 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Keçirilən tədbirlərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov, Zərdab Rayonu Gənclər və İdman Mərkəzinin aparıcı məsləhətçisi Ələkbər Kərimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Sədi Hüseynov, ictimaiyyət nümayəndələri, tələbələr və müəllimlər iştirak ediblər. Yanvarın 17-də isə Mingəçevir Turizm Kolleci və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə adıçəkilən kollecdə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Mingəçevir MTK-nin direktoru Əyyub Əyubbov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, kollecin müəllimləri və tələbələri iştirak ediblər. Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan xalqı öz canından keçməsi hesabına özünün azadlığı, müstəqilliyi uğrunda mübarizə aparıb və qəhrəmanlıq nümayiş etdirib. Xalqımız bununla Vətənimizin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya sübut edib. Həmçinin, çıxışlar zamanı vurğulanıb ki, bu qanlı hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev hüquqi-siyasi qiymət verib.

 

 


Son baxılan xəbərlər

Masallıda "Dini radikalizm, narkomaniya və erkən nigah dövrümüzün bəlasıdır" mövzusunda tədbir keçirilib

Press-relizlər
14.11.2018 / 12:56
Ətraflı oxu

Təhsil Nazirliyi ilə Dövlət Komitəsi arasında birgə Fəaliyyət Planı imzalanıb

Press-relizlər
09.02.2017 / 14:28
Ətraflı oxu

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Press-relizlər
17.09.2018 / 16:33
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib

Multikulturalizm
17.11.2016 / 10:44
Ətraflı oxu

Balakəndə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2017 / 09:50
Ətraflı oxu

Oğuz rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər
30.10.2018 / 16:51
Ətraflı oxu