Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılır

Xəbərlər / 17.01.2020 / 16:38

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran, Masallı, Yevlax, Quba bölgələri üzrə şöbələri və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə yanvarın 17-də 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə DQİDK-nın bölgə şöbələrinin əməkdaşları, rayon icra hakimiyyətləri, idarə və müəssisələrin nümayəndələri, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixində önəmli yer tutduğu vurğulanıb. Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyi qeyd edilib. 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışılaraq bildirilib ki,  bu hadisə Azərbaycan xalqının yaddaşına qürur günü kimi yazılıb. Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.


Son baxılan xəbərlər

Masallıda "Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
20.02.2020 / 13:53
Ətraflı oxu

Şabranda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
10.05.2018 / 15:38
Ətraflı oxu

Gündüz İsmayılov: “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır”

Press-relizlər
21.02.2020 / 16:03
Ətraflı oxu

Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır

Press-relizlər
24.01.2019 / 17:48
Ətraflı oxu

Dini radikalizmlə mübarizə: necə və nə etməli

Press-relizlər
23.04.2019 / 18:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Press-relizlər
19.07.2017 / 18:35
Ətraflı oxu