Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 16.01.2020 / 17:29

Yanvarın 16-da Göyçay şəhər 6 saylı tam orta məktəbdə Göyçay Rayon İcra Hakimiyyəti, Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Zivər Zeynalova, rayon polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Rayon Prokurorluğunun, Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı təsirdən geniş bəhs olunub. Cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən radikal dini qruplaşmaların qurbanlarının əsasən gənclər olduğu vurğulanıb. Gənclərin radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymaması və bütün bunlarla mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyi qeyd olunub.

Şagirdlərə eyni zamanda narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Press-relizlər
10.04.2018 / 17:20
Ətraflı oxu

Balakəndə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2017 / 09:50
Ətraflı oxu

Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir

Xəbərlər
17.12.2019 / 17:28
Ətraflı oxu

“Milli -mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib.

Press-relizlər
26.12.2014 / 15:03
Ətraflı oxu

“Gənclərin zərərli vərdişlərdən çəkindirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
11.05.2017 / 15:53
Ətraflı oxu

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Press-relizlər
17.09.2018 / 16:33
Ətraflı oxu