Kürdəmirdə “Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.01.2020 / 16:10

 

Yanvarın 16-da Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş “Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib.

Anım tədbirində İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin əməkdaşları, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin və Azərbaycanın suverenliyi uğrunda öz canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qarabucaq kənd tam orta məktəbin tarix müəllimi Nizam İsmayılov və başqaları çıxış edərək bu cür tədbirlərin gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd ediblər. 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışılaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğu bildirilib.

 


Son baxılan xəbərlər

"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

Xəbərlər
10.07.2019 / 16:56
Ətraflı oxu

Şirvanda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
14.03.2018 / 17:20
Ətraflı oxu

Tolerantlığın Azərbaycan nümunəsi

Press-relizlər
16.11.2016 / 09:01
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu

Bakıda "Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə" mövzusunda konfrans keçirilib

Xəbərlər
18.07.2019 / 16:50
Ətraflı oxu

Prezident İlham Əliyev: "İslamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib"

Xəbərlər
29.09.2020 / 15:13
Ətraflı oxu