Qubada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər / 15.01.2020 / 15:29

Yanvarın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şimal zonasında fəaliyyət göstərən qazılıqlarının birgə təşəbbüsü ilə bölgə din xadimlərinin, icma sədrlərinin və bir qrup dindarın Quba şəhərində yerləşən Şəhidlər xiyabanına ziyarəti təşkil olunub. Anım tədbirində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin bölgə qazıları Naib Səttərov, Cavanşir Əfəndiyev və digərləri iştirak edib.

Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin məzarları ziyarət edildikdən sonra “Şəhidlər muzeyi”ndə anım tədbiri davam etdirilib və qeyd edilib ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Anım tədbirində çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

Daha sonra çıxış edən Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.

Anım tədbirində çıxış edən QMİ-nin bölgə qazıları Naib Səttərov və Cavanşir Əfəndiyev bildiriblər ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar hadisəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

Anım tədbiri müqəddəs Qurandan ayələr oxunmaqla və şəhidlərin xatirəsinə təşkil olunmuş ehsan süfrəsi ilə davam edib.


Son baxılan xəbərlər

Kürdəmirdə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:18
Ətraflı oxu

Dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi keçirilir

Press-relizlər
12.02.2016 / 12:18
Ətraflı oxu

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov: “Öz dini təhsil mərkəzimizi qurmağa çalışırıq”

Müsahibələr
24.07.2018 / 10:18
Ətraflı oxu

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu

Saatlıda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
04.02.2019 / 17:14
Ətraflı oxu

Qubada Xocalı soyqırımı qurbanları yad edilib

Press-relizlər
23.02.2018 / 16:06
Ətraflı oxu