Qusarda 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş anım tədbiri keçirilib

Press-relizlər / 13.01.2020 / 16:58

Yanvarın 13-də Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba regional mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Qusar şəhər 6 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar şəhər 6 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevinc Əlisultanova, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.

Öncə 20 Yanvar şəhidlərinin və Azərbaycanın suverenliyi uğrunda öz canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev tədbirdə çıxış edərək bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqaladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur.

Tədbirdə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin və Ermənistanın təcavüzkar qüvvələrinin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi ədalətsiz və cinayətkar mövqedə duraraq Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

Tədbirdə çıxış edən Qusar şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi İradə Xasmətova  bildirib ki, bu hadisələr zamanı Ümumumilli Liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edən bəyanatla çıxış etmişdir.

Sonda şagirdlərin hazırladığı 20 Yanvar hadisələrinin 30 illik ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.   


Son baxılan xəbərlər

Balakəndə “Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.10.2018 / 09:48
Ətraflı oxu

Zaqatala rayonunda kitab və film təqdimatı baş tutub

Press-relizlər
14.06.2016 / 15:07
Ətraflı oxu

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin jurnalist Səbuhi Abbasovun iddiaları ilə ...

Açıqlama
17.10.2019 / 11:00
Ətraflı oxu

Qobustan qəsəbəsində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
04.02.2017 / 11:15
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir

Xəbərlər
10.05.2018 / 09:45
Ətraflı oxu

“Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı” adlı kitab nəşr edilib

Kitablar
25.09.2020 / 15:43
Ətraflı oxu