Balakəndə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 09.01.2020 / 16:39

Yanvarın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Balakən Rayon İcra Hakimiyyətinin (RİH) və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən şəhəri Nəsimi adına 2 saylı tam orta məktəbdə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Şirinova, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı dövlət-din münasibətlərindən, ölkə Prezidentinin milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğıdan danışılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşadığı vurğulanıb. Din amilindən istifadə etmək arzusunda olan ayrı-ayrı radikal dini qrupların təbliğatına qarşı mübarizədə bütün vətəndaşların, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruri olduğu diqqətə çatdırılıb, dini radikalizmin, mövhumatın və xurafatın yaratdığı fəsadlardan bəhs edilib. 

Çıxışlardan sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici ədəbiyyat paylanılıb.                    


Son baxılan xəbərlər

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
29.03.2019 / 17:38
Ətraflı oxu

Balakəndə “Aprel döyüşləri - vətənpərvərlik nümunəsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.04.2018 / 13:30
Ətraflı oxu

Zaqatalada Xocalı soyqırımına həsr edilmiş anım mərasimi keçirilib

Press-relizlər
27.02.2019 / 10:20
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xəbərlər
21.04.2020 / 12:42
Ətraflı oxu

Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib

Arxiv
03.12.2016 / 13:25
Ətraflı oxu

Lerikdə "Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 10:58
Ətraflı oxu