Sabirabadda 2019-cu ilin yekunları ilə bağlı tədbir keçirilib

Press-relizlər / 07.01.2020 / 14:47

Yanvarın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçlığı ilə dini icmaların 2019-cu il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər barədə tədbir keçirilib.     

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.

Çıxışlarda Azərbaycanın bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi olduğu, bütün dinlərə dövlət tərəfindən hörmət göstərildiyi vurğulanıb. Ümummili Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi, eləcə də, dini icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanması üçün hüquqi bazanın yaradılmasından söz açılıb. Dini maarifləndirmə işinin düzgün aparılmasında, İslam dininin olduğu kimi çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyü bildirilib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Oğuzda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
13.09.2018 / 12:48
Ətraflı oxu

“Zəfər bizimdir!” adlı onlayn tədbir keçirilib

Xəbərlər
15.12.2020 / 16:00
Ətraflı oxu

Saatlıda “Vətən mühabirəsində qazanılan qələbə tariximizin parlaq səhifəsidir” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər
27.01.2021 / 17:09
Ətraflı oxu

Füzuli rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
27.04.2018 / 11:38
Ətraflı oxu

Yevlaxda "20 Yanvar qan yaddaşımızdır" mövzusunda videokonfrans formatında tədbir keçirilib

Press-relizlər
18.01.2021 / 11:56
Ətraflı oxu