Prezident İlham Əliyev: “Multikultural ənənələrin qorunub saxlanılması dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir”

Press-relizlər / 07.01.2020 / 09:56

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Təbrikdə deyilir:

 

“Hörmətli həmvətənlər!

Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və konfessiyaların nümayəndələri mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşamışlar. Cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin və dözümlülük mühitinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmlənməsinə önəmli töhfələr verən mötəbər tədbirlərin, o cümlədən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya dini liderlərinin II Bakı Sammitinin ölkəmizdə keçirilməsi beynəlxalq miqyasda sülhün, əmin-amanlığın və harmoniyanın bərqərar olunması işində Azərbaycanın mühüm rol oynadığını göstərir.

Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristianlar ölkəmizdə gedən böyük quruculuq işlərində və milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, Azərbaycanın tərəqqisi naminə bacarıq və səylərini əsirgəmirlər.

Əziz həmvətənlər!

Mübarək Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!”

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 yanvar 2020-ci il.

 

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb

Press-relizlər
12.02.2018 / 15:03
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.01.2020 / 16:43
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial ...

Müsahibələr
29.12.2019 / 14:59
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşlarla görüşüb

Press-relizlər
25.07.2019 / 13:31
Ətraflı oxu

“İslam həmrəyliyinin və vəhdətin mahiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2017 / 15:32
Ətraflı oxu

Suraxanıda dindarlarla görüş keçirilib

Press-relizlər
02.05.2019 / 15:03
Ətraflı oxu