Press-relizlər / 20.12.2019 / 10:34
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçlığı ilə “Mədəniyyətlərarası və dinlərarası dialoq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanda tarixən formalaşmış multikultural mühitdən və bu gün Azərbaycan dövlətinin mədəniyyətlərarsı və dinlərarası dialoqu təşviq etməsindən danışılıb. Milli-dini tolerantlıq və multikultural ənənələrin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.