Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyiblər

Xəbərlər / 17.12.2019 / 15:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq dekabrın 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdaş və Yevlax rayonlarından, Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Mingəçevir şəhərindən, sədr müavini Gündüz İsmayılov isə Bərdə rayonundan olan vətəndaşları qəbul ediblər.

Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbuldan öncə DQİDK-nın sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.

Keçirilən qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb.

Müraciətlər diqqətlə dinlənilib, bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.


Son baxılan xəbərlər

Səyyad Salahlı: "Gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması xüsusi əhəmiyyət kəsb edir"

Xəbərlər
07.12.2018 / 15:11
Ətraflı oxu

Balakəndə “Dini radikalizm milli-mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.07.2019 / 17:27
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri İslam cəmiyyətinin vəhdət prinsiplərinin formalaşması və inkişafı yolunda əhəmiyyətli addımlar ...

Press-relizlər
08.11.2019 / 09:53
Ətraflı oxu

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Xəbərlər
19.10.2018 / 15:25
Ətraflı oxu

Mübariz Qurbanlı: Yer üzünə göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir, terror isə ...

Xəbərlər
21.10.2020 / 10:15
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə vətəndaşları qəbul edib

Press-relizlər
30.07.2019 / 15:07
Ətraflı oxu