Zaqatalada “Milli-mənəvi dəyərlər: dünən, bu gün və sabah” adlı mövzuda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 17.12.2019 / 15:20

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə Qazangül kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlər: dünən, bu gün və sabah” adlı mövzuda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, Zaqatala Rayon Təhsil Şöbəsinin metodisti İlkin Məmmədov, Qazangül tam orta məktəbin direktoru Mirzə Hüseynov,  müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığı qeyd edilərək, gənclərimizə milli-mənəvi dəyərlərimizin aşılanmasında  bu cür tədbirlərin keçirilməsinin  böyük  önəm daşıdığı bildirilib. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi ucaldan və birliyimizi təmin edən milli-mənəvi dəyərlərimiz haqqında  məlumat verilib. Milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və zənginləşdirilərək gələcək nəsillərə çatdırılması dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və fəsadları barədə danışılıb. Radikal qruplaşmaların və qeyri-ənənəvi dini cərəyanların məkirli və məqsədli fəaliyyətinə qarşı  vətəndaş həmrəyliyinin və milli-mənəvi dəyərlərə  bağlılığın vacibliyi diqqətə çatdırılıb.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və  tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.

 


Son baxılan xəbərlər

Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm
15.01.2020 / 10:04
Ətraflı oxu

Azərbaycan tolerantlıq nümunəsidir

Multikulturalizm
16.11.2016 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
18.09.2018 / 10:18
Ətraflı oxu

Gündüz İsmayılov: “Məscidlərdə kitabxanalar yaradılır”

Açıqlama
01.02.2016 / 16:53
Ətraflı oxu

“İslam dünyasında yenilik cəhdləri” adlı kitab nəşr olunub

Kitablar
03.09.2019 / 10:04
Ətraflı oxu

Multikulturalizmin ünvanı - Azərbaycan

Multikulturalizm
29.09.2016 / 09:12
Ətraflı oxu