Dövlət Komitəsinin sədri Yəhudi Teleqraf Agentliyinə müsahibə verib

Xəbərlər / 16.12.2019 / 16:40

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 16-da Yəhudi Teleqraf Agentliyi və ABŞ-ın diplomatik nəşri olan “The Washington Diplomat” qəzetinin jurnalisti Lari Luksnerin suallarını cavablandırıb. 

Dövlət Komitəsinin sədri müsahibəsində Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit, dinlərarası harmoniya, eləcə də dini icmalara dövlət qayğısı barədə danışıb. Bildirib ki, tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Xalqımıza xas olan multikultural və tolerant dəyərlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti nəticəsində daha da möhkəmlənib. Azərbaycan əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini diqqətə çatdıran Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. O qeyd edib ki, ölkəmizdə yəhudi sinaqoqları, pravoslav, katolik və lüteran kilsələri fəaliyyət göstərir, 35 qeyri-islam dini icması dövlət qeydiyyatına alınıb.

Ötən ay Bakıda 70-dən çox ölkənin görkəmli din xadimlərinin, nüfuzlu beynəlxalq təşkilatların, nümayəndə heyətlərinin qatıldığı “Dünya dini liderlərinin II Bakı sammiti”nin nəticələrindən də bəhs edən Mübariz Qurbanlı paytaxtımızın son illər bu sahədə beyin mərkəzinə çevrildiyini vurğulayıb.

Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda mövcud olan dini mühit, birgəyaşayış, multikulturalizm və tolerantlıq ənənələri ilə daha yaxından tanış olmaq və bu barədə material hazırlamaq məqsədilə ölkəmizə gələn Yəhudi Teleqraf Agentliyi səfərləri müddətində müxtəlif məscid, kilsə və sinaqoqlarda çəkilişlər aparacaqlar.


Son baxılan xəbərlər

Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış ...

Press-relizlər
25.10.2018 / 14:57
Ətraflı oxu

İmişlidə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
31.05.2018 / 16:12
Ətraflı oxu

İlham Əliyev Avrasiya Yəhudi Konqresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
01.05.2019 / 16:26
Ətraflı oxu

Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.07.2019 / 15:48
Ətraflı oxu

Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
25.12.2018 / 15:18
Ətraflı oxu

İsmayıllı rayonunda “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
21.09.2016 / 09:54
Ətraflı oxu