Gəncədə "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 16.12.2019 / 16:45

Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncədə "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov mövzunun əhəmiyyətinə toxunub. O, gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan H.Məmmədov vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirib. Sədr müavini Azərbaycana xas multikultural modelin regionda və dünyada özünəməxsus nümunə olduğunu bildirib. O qeyd edib ki, əhalisinin çox hissəsini müsəlmanların təşkil etdiyi ölkəmizdə digər dinlərin nümayəndələrinin də öz dini tələbatlarını ödəmələri, azad şəkildə ibadət etmələri, ayin və mərasimlərini icra etmələri üçün sərbəst mühit yaradılıb.

G.İsmayılov vurğulayıb ki, gənclərdən əsas gözlənti yüksək səviyyədə dünyəvi təhsilə yiyələnmələridir. Bununla bərabər, məktəblilərin radikal dini cərəyanların təsirlərindən qorunmaları, ilkin dini bilgiləri etibarlı mənbələrdən öyrənmələri məqsədi ilə “Həyat bilgisi” fənni tərkibində sistemli şəkildə dini informasiya verilməsi olduqca faydalıdır.

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Son baxılan xəbərlər

DQİDK sədri: Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin ...

Xəbərlər
08.10.2020 / 13:24
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
15.02.2019 / 16:32
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardaranda polisə qarşı silah işlədilməsi terror əməli kimi dəyərləndirilir”

Açıqlama
30.11.2015 / 19:18
Ətraflı oxu

Bakıda “Həyat sözü” Xristian dini icmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
23.09.2019 / 17:01
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib

Arxiv
04.04.2016 / 17:16
Ətraflı oxu

Dövlət Komitəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Press-relizlər
27.02.2018 / 17:31
Ətraflı oxu