Macarıstan Yəhudiləri Assosiasiyası Prezidentinin şəxsi nümayəndəsi Dövlət Komitəsinə təşəkkür məktubu ünvanlayıb

Press-relizlər / 09.12.2019 / 11:49

Macarıstan Yəhudiləri Assosiasiyası Prezidentinin şəxsi nümayəndəsi Akos Naqi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Dünya Dini Liderlərinin 2-ci Sammitinin yüksək səviyyədə təşkilinə görə təşəkkür məktubu ünvanlayıb.

Məktubda 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların  qatıldığı  zirvə görüşünün əhəmiyyəti, sammitin dinlərarası dialoqun möhkəmləndiriməsinə verdiyi töhfələr, toplantının bu istiqamətdə mədəni əməkdaşlığa yaxşı imkanlar açdığı vurğulanıb. Sülhün, təhlükəsizliyin və bəşəri dəyərlərin müdafiəsi, qloballaşmanın dinə və ənənəvi dəyərlərə təsirlərinin müzakirələri aparılan Zirvə görüşünün din xadimlərinin dünyaya öz mesajını çatdırması üçün ünikal platforma kimi çıxış etdiyi qeyd olunub.

Macarıstan Yəhudiləri Assosiasiyası Prezidentinin şəxsi nümayəndəsi Akos Naqi, eyni zamanda müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbirin dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə öz layiqli töhfəsini verdiyini yazıb. Akos Naqi Sammit çərçivəsində müxtəlif dinlərin, məzhəblərin lider və nümayəndələrinin bir araya gəlməsini, ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu din və ictimai xadimlərin  iştirakı ilə müzakirəsini yüksək qiymətləndirib və əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

Son baxılan xəbərlər

Səyyad Salahlı: “Din xadimləri İslam cəmiyyətinin vəhdət prinsiplərinin formalaşması və inkişafı yolunda əhəmiyyətli addımlar ...

Press-relizlər
08.11.2019 / 09:53
Ətraflı oxu

Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
18.11.2019 / 16:07
Ətraflı oxu

Astarada “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
30.10.2018 / 17:11
Ətraflı oxu

"İslamda Vətən və dövlət sevgisi"

Kitablar
04.12.2015 / 12:49
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.08.2019 / 09:46
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Xəbərlər
18.02.2020 / 17:32
Ətraflı oxu