“İnformasiya təhlükəsizliyi və din” kitabı nəşr olunub

Kitablar / 03.12.2019 / 14:34

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyevanın “İnformasiya təhlükəsizliyi və din” kitabı nəşr olunub. Kitabda müasir qlobalizasiya şəraitində prioritet müzakirə mövzusuna çevrilən informasiya təhlükəsizliyi məsələsi müxtəlif cəhətlərdən təhlil olunub.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və qlobal informasiya cəmiyyətinin formalaşması dövlətlərin informasiya təhlükəsizliyinin müasir beynəlxalq münasibətlərin əsas problemlərindən birinə çevrilməsinə səbəb olub. Ölkəmizin milli təhlükəsizliyinin mühüm istiqaməti olan informasiya təhlükəsizliyi bütün cəmiyyəti əhatə edən vacib məsələlərdən biridir. Y.Əliyeva bu problem kontekstində kitabda internet və cəmiyyətin informasiya təhlükəsizliyinin sosial aspektlərini, informasiya təhlükəsizliyini təmin edən müdafiə mexanizmlərini şərh edib.

Nəşrdə mühüm ictimai fikir formalarından olan dinin cəmiyyətdəki rolundan bəhs edən müəllif din faktorunun informasiya təhlükəsizliyi sisteminə təsiri məsələlərinə toxunub.

Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasına da yer verilən kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilib.

Son baxılan xəbərlər

Şirvanda gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş regional müşavirə keçirilib

Xəbərlər
23.10.2019 / 14:47
Ətraflı oxu

Dövlət Komitəsi Brüsseldə tolerantlıqla bağlı beynəlxalq konfrans keçirir

Xəbərlər
30.11.2015 / 14:19
Ətraflı oxu

Balakən rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
07.11.2019 / 16:10
Ətraflı oxu

Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi

Press-relizlər
28.04.2016 / 09:48
Ətraflı oxu

Yevlaxda “Şəhadət” sənədili filmi nümayiş etdirilib

Press-relizlər
03.05.2019 / 14:36
Ətraflı oxu

Binəqədi və Lənkəranda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.06.2019 / 14:12
Ətraflı oxu