Lənkəranda növbəti maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 29.11.2019 / 16:59

Noyabrın 29-da Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi,  Respublika QİÇS-lə  Mübarizə Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov çıxış edərək 1 dekabr-Ümumdünya QİÇS-lə  Mübarizə Günü, bu  günün  qeyd olunmasının  əsas məqsədi, xəstəliyin səhiyyəyə məlum olma tarixi, onun ağır sosial-iqtisadi nəticələri, yoluxma və qorunma yolları, bununla bağlı ölkəmizdəki və dünyadakı vəziyyət, görülən tədbirlər və digər işlər barədə geniş məlumat verib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxış edərək “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun mühüm müddəalarını diqqətə çatdırıb, müvafiq Qanunun qəbul edilməsinin bu infeksiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaratdığını vurğulayıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək dövlət tərəfindən gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. E.Həmidli gənclərimizin həm fiziki, həm də mənəvi baxımdan sağlam ruhlu olmasının vacibliyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.02.2020 / 16:47
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
22.01.2018 / 17:26
Ətraflı oxu

Astarada 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.01.2019 / 16:40
Ətraflı oxu

Bölgələrimizdə Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur

Press-relizlər
26.02.2020 / 13:35
Ətraflı oxu

Qaxda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.07.2019 / 16:35
Ətraflı oxu

Qusarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
01.11.2019 / 16:18
Ətraflı oxu