Dövlət Komitəsində birgə qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub

Xəbərlər / 29.11.2019 / 17:08

Noyabrın 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və DQİDK-nın 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub.

Tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.

DQİDK sədrinin müavini Gündüz İsmayılov  Dövlət Komitəsinin QHT-lərlə birgə həyata keçirdiyi tədbirlərdən, layihələrdən danışıb. Bu layihələrin din sahəsindəki maarifləndirmə işinə verdiyi töhfələr baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında iş planı çərçivəsində fəal əməkdaşlıq edilir, hər il konfranslar keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsinin  dövlət qurumları ilə birgə təşkil edilməsinin  vətəndaş cəmiyyəti üçün önəminə toxunan G.İsmayılov “Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkili” və “Milli-mənəvi dəyərlərin təbliğinə dair” istiqamətlərində elan olunan  layihələrin uğurla həyata keçirilməsinə Dövlət Komitəsi tərəfindən lazimi dəstək göstəriləcəyini bildirib.

Şura Katibliyinin elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli çıxış edərək Şuranın həyata keçirdiyi qrant müsabiqələri haqqında məlumat verib. Bildirib ki, Şura növbəti il üçün QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri üzrə iş həyata keçirir. Bu gün müzakirə edilən qrant müsabiqəsi də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə gerçəkləşdirilir. Müsabiqədə iştirak canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcək.

Məlumatlandırma sessiyasının sonunda QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib

Press-relizlər
22.11.2018 / 09:38
Ətraflı oxu

Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır

Press-relizlər
21.04.2017 / 18:38
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2019 / 14:58
Ətraflı oxu

Mingəçevir şəhəri, Göyçay və Zərdab rayonlarında 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
17.01.2020 / 17:49
Ətraflı oxu

Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib

Press-relizlər
06.12.2019 / 14:59
Ətraflı oxu