“Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.11.2019 / 10:52

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Digah kənd tam orta məktəbində “Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Aynur Mirzəyeva, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı dini radikalizm və onun mahiyyəti haqqında məlumat verilib. Gənclərin radikal dini  təsirlərdən və zərərli vərdişlərdən qorunma yolları haqqında söhbət aparılıb. Gənclər arasında milli-mənəvi dəyərlərimizin geniş təbliğ edilməsinin əhəmiyyəti qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qax rayonunda Yay Məktəbi təşkil edilib

Press-relizlər
30.08.2018 / 12:01
Ətraflı oxu

“Open doors” (Açıq qapılar) gözlərini açsa daha yaxşı olar”

Bəyanat
19.01.2013 / 15:51
Ətraflı oxu

AXC-nin 100 illiyi Qaradağda qeyd edilib

Press-relizlər
29.05.2018 / 10:10
Ətraflı oxu

Lənkəranda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb

Press-relizlər
26.11.2014 / 09:45
Ətraflı oxu

Cənab İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

Xəbərlər
21.04.2018 / 11:51
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu