Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 28.11.2019 / 16:57

Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Rayon Təhsil şöbəsinin  birgə təşkilatçılığı ilə  Balakən rayonu Sarıbulaq kənd tam orta məktəbində “Dini radikalizm: yaratdığı fəsadlar və onlardan çıxış yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov,  Balakən rayonu Sarıbulaq kənd tam orta məktəbinin direktoru Etibar Mərdanov, müəllimlər və şagirdlər iştirak ediblər. 

Çıxışlar zamanı radikalizmin yaranma səbəblərindən, xurafatdan, mövhumatdan və bunların din adı altında insanlara təbliğ edilməsindən bəhs edilib. Qeyd edilib ki, bu gün vətəndaşlarımızın dini biliklərinin kifayət qədər olmaması onları gələcəkdə yad dini ideologiyaların təsiri altına düşməsi təhlükəsi ilə üz-üzə qoyur. Vurğulanıb ki, ölkəmizdə hökm sürən sabitlik Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir və bu uğurlu siyasət bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Tədbirin yekununda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici ədəbiyyat paylanılıb. 


Son baxılan xəbərlər

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər
18.06.2019 / 09:52
Ətraflı oxu

Göyçayda maarifləndirici tədbir keçirilib

Xəbərlər
30.11.2018 / 15:04
Ətraflı oxu

“Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
25.01.2017 / 09:20
Ətraflı oxu

Azərbaycan Prezidenti: “Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır”

Xəbərlər
14.02.2019 / 09:28
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Press-relizlər
21.08.2020 / 16:01
Ətraflı oxu