Tovuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 28.11.2019 / 15:33

Noyabrın 28-də Tovuz rayon H.Əliyev mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Tovuz Rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov,Tovuz RPŞ-nin əməkdaşı Vüsal İsmayılov  və gənclər iştirak ediblər.

Öncə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayış olunub.

Tədbir iştirakçıları dini radikalizm və ekstremizmin yaranma səbəbləri, onun törətdiyi fəsadlar və ona qarşı mübarizə metodlarından danışıblar. Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolundan bəhs edilib, onların təhsilli olmalarının əhəmiyyəti vurğulanıb.

Sonda gənclərə DQİDK tərəfindən nəşr edilmiş maarifləndirici kitablar paylanılıb.


Son baxılan xəbərlər

Nərimanov rayonunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.05.2016 / 17:16
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
30.01.2019 / 17:45
Ətraflı oxu

Ağcabədidə zərərli və radikal dini təriqətlərə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
31.03.2017 / 12:13
Ətraflı oxu

Cəlilabadda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2018 / 15:40
Ətraflı oxu

Azərbaycan gənci ədalətli sülhün tərəfdarıdır

Press-relizlər
07.09.2017 / 15:06
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Cəlilabad və Yardımlı rayonlarında vətəndaşları qəbul ediblər

Xəbərlər
29.10.2019 / 16:47
Ətraflı oxu