Prezident İlham Əliyev: “Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik”

Xəbərlər / 27.11.2019 / 12:49

Noyabr ayında Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya gəlmişlər. Dünyada buna bənzər ikinci yığıncaq yoxdur. Mən iclaslarda bir-birinin yanında oturanlara fikir verirdim, əgər onlar başqa yerdə görüşsəydilər, bəlkə başqa cür danışardılar. Amma oturublar, bir-birini dinləyirlər, bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə gedir. Deyirlər ki, multikulturalizm ölübdür, yoxdur. Müsəlman miqrantlarını qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik, - mən Avropa ölkələrini nəzərdə tuturam, - ancaq müsəlman miqrantları yox.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə bildirib.

Dövlət başçısı qeyd edib ki, deyirlər ki, multikulturalizm iflasa uğrayıb: “Amma biz göstəririk ki, yox, elə deyil. Bu, siyasi iradədən, baxışlardan asılıdır, sən nə istəyirsən, hansı siyasət yürüdürsən. Bax, biz bu siyasəti yürüdürük. Bu siyasət yeganə düzgün siyasətdir. Əks təqdirdə, gələcək müharibələr, o cümlədən ola bilsin, dini müharibələr qaçılmazdır. Ona görə, bax, dini liderlərin Zirvə Görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik.”

 

Son baxılan xəbərlər

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
13.12.2019 / 15:01
Ətraflı oxu

Bərdədə "Şəhadət" filmi nümayiş olunub

Press-relizlər
12.03.2018 / 16:58
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.07.2019 / 17:25
Ətraflı oxu

“Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.02.2018 / 15:54
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
30.03.2018 / 10:16
Ətraflı oxu

Beyləqanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.04.2019 / 17:56
Ətraflı oxu