Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!

Press-relizlər / 26.11.2019 / 15:35

Noyabrın 26-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə  “Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!” mövzusunda gənclərlə növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, rayon ictimaiyyətinin nümayəndələri, məktəb psixoloqları, müəllimlər və gənclər iştirak edib.

Tədbir iştirakçıları gənclərin zərərli vərdişlərin təsirindən qorunması istiqamətində maarifləndirici tədbirlər və görülmüş işlər barəsində ətraflı məlumat veriblər. Yeniyetmələr  arasında  sağlam  həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin  artırılması istiqamətində  dövlətimiz tərəfindən aparılan işlərdən danışılıb.

Tədbirdə, həmçinin “Narkomaniya-ölümə aparan yol” sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Qusarda 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş anım tədbiri keçirilib

Press-relizlər
13.01.2020 / 16:58
Ətraflı oxu

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu

Səyavuş Heydərov: "Ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir"

Xəbərlər
10.10.2018 / 18:00
Ətraflı oxu

Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində ...

Xəbərlər
17.05.2013 / 17:43
Ətraflı oxu

Qubada 20 Yanvar faciəsinə həsr edilən onlayn formatda tədbir keçirilib

Press-relizlər
15.01.2021 / 16:07
Ətraflı oxu

Astarada “Dini və ideoloji təhlükəsizlik” mövzusunda regional seminar-müşavirə keçirilib

Press-relizlər
20.08.2019 / 16:17
Ətraflı oxu