Press-relizlər / 22.11.2019 / 16:36
Noyabrın 21-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mədəniyyət Nazirliyi arasında “Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliği və dini radikalizmə qarşı mübarizə”yə dair 2019-cu il üçün birgə Tədbirlər Planına əsasən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli və rayonun mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlar zamanı xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində tolerant və multikultural ənənələrdən bəhs edilərək bu ənənələrin birgəyaşayış mədəniyyətini təşkil etdiyi vurğulanıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm İli”, onun məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi tolerant və multikultural dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çardırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.