Azərbaycan Texniki Universitetində “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Xəbərlər / 22.11.2019 / 15:41

Noyabrın 22-də Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.

Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” filminin nümayişi ilə başlayıb.

Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verildiyini diqqətə çatdırıb. Azərbaycan multikulturalizminin siyasi banisinin Ulu Öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb.  Ulu Öndərin də qeyd etdiyi kimi, bu gün dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşların eyni hüquqlara malikdir.

Rektor bildirib ki, Ümummilli liderin bu siyasəti  Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan etməsi bu siyasətin uğurla davam etdirilməsinin bariz nümunəsidir.

Multikulturalizm və tolerantlıq mövzusunda tədbirlərin dövlət və qeyri-dövlət müəssisələrində keçirilməsinin ənənə halını aldığını deyən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, məqsəd dini mövqedən ölkəmizə yönələn təhdidlərin qarşısını almaqdır.

Azərbaycanda dini etiqad azadlığına təkcə sözdə yox, həm də təcrübədə geniş imkanlar yaradıldığını deyən sədr müavini ölkəmizdə dinlərin əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərdiyini xüsusi vurğulayıb. Din amilinin son dövrlər siyasiləşməsinin təhlükəli hal aldığını diqqətə çatdıran Səyavuş Heydərov bildirib ki, əgər əvvəllər ölkəmizə siyasi mövqedən təhdidlər olurdusa, hazırda bu dini mövqedən də özünü biruzə verir. Bu təhdidlərdə əsasən sosial şəbəkələrin rolundan geniş istifadə olunur.

Konfrans çərçivəsində müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı ölkəmizə xas olan tolerantlıq təcrübəsi, bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.


Son baxılan xəbərlər

Beyləqanda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
24.09.2019 / 15:55
Ətraflı oxu

“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

Kitablar
20.11.2019 / 11:40
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
18.09.2018 / 10:18
Ətraflı oxu

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib

Press-relizlər
20.02.2019 / 17:56
Ətraflı oxu