“Dünyəvi dövlətdə din və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər / 21.11.2019 / 16:50

Noyabr ayının 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil”  mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov, eləcə də rayonun orta məktəblərinin  direktorları,  təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Cəbrayıl RİH başçısının müavini Fəridə İbayeva mövzunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı və gənclərin radikal dini qrupların təsir dairəsinə düşməsinin qarşısını almaq üçün onlara dinimiz düzgün şəkildə çatdırılmalıdır.

Sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov dövlət-din münasibətləri və dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışıb.

Vurğulayıb ki, dinə hüquq, vicdan azadlığı, milli-mənəvi dəyər prizması ilə yanaşı, həm də dövlətin və cəmiyyətin dini-ideoloji, ictimai təhlükəsizliyi baxımından yanaşmaq lazımdır. Əlavə edib ki, cəmiyyətin dini-ideoloji təhlükəsizliyi pozulduqdan sonra milli və ictimai təhlükəsizliyə təhdid qaçılmazdır. Bu baxımdan dini kimliyin milli kimliyə qarşı qoyulmasına, dindar kontingent daxilində dünyəviliyin və ənənəvi İslamın zəiflədilməsinə və xurafatın güclənməsinin qarşısının alınmasına qarşı mübarizə xüsusilə vacibdir.

Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunan sədr müavini dinin ənənəvi İslam kontekstindən təbliğinin cəmiyyətin dini və dünyəvi cəhətdə iki hissəyə ayrılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd edib.

Din sahəsində milli kadrların hazırlanması prosesindən də danışan Gündüz İsmayılov bu sahədə cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, dünyəvi dövlətin əsaslarının düzgün təbliğ edilməsi üçün ixtisaslı dini kadrların hazırlanmasının ən vacib məsələlərdən biri olduğunu bildirib. O, bu məqsədlə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayacağını deyib.

Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov Dövlət Komitəsinin cəmiyyətin bütün təbəqələrini, xüsusilə gəncləri əhatə edən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib.

Tədbir məruzələrdən sonra, mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilib.


Son baxılan xəbərlər

Masallıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
11.12.2019 / 14:42
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
08.07.2019 / 13:07
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Müsahibələr
09.08.2019 / 13:20
Ətraflı oxu

Paytaxt məktəblərində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
22.05.2019 / 16:43
Ətraflı oxu