Bögələrdə dini maarifləndirmə ilə bağlı tədbirlər keçirilib

Press-relizlər / 19.09.2015 / 10:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabrın 19-da Astara rayonu Şüvi kəndi "Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Şüvi kəndi "Cümə" məscidi dini icmasının sədri Mahmud Baxşıyev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, ilahiyyatçı Aftandil Qurbanov, dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Mahmud Baxşıyev "Azərbaycan dünyada tolerantlıq və birgəyaşayışın nümunəsidir", Hatəm Gülməmmədov "Azərbaycan xalqının milli kimliyi" Aftandil Qurbanov "Əxlaq üzərində qurulan ailə münasibətləri" mövzuları üzrə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin sonunda iştirakçılara "Milli-mənəvi dəyərlərimiz" və Azərbaycan dilində nəşr edilmiş "Qurani-Kərim" kitabları paylanılıb.
                                                       ***
Senyabrın 19-da Zaqatala rayonu Göyəm kənd məscidi dini icması tərəfindən “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği”  layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala rayon Göyəm kənd ərazi dairəsinin nümayəndəsi Həsrət Allahverdi, Zaqatala rayon Göyəm kənd məscidi dini icmasının sədri və imamı Niyazi Qarakişiyev, Bakı İslam Universiteti Zaqatala şöbəsinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Rafiz Manafov, gənclər, ziyalılar,  ağsaqqallar və dindar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Niyazi Qarakişiyev dini icmanın həyata keçirdiyi layihənin son tədbiri barədə məlumat vermiş, adət-ənənələrin İslam dinini qoruyan əsas qalxanlardan biri olduğunu vurğulayıb.
 DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov adət -ənənələrin bir neçə nəsildən keçərək gəldiyini, əvvəlki nəsillərin süzgəcindən keçən adət və ənənələrin günümüzdə də qorumanın vacibliyindən, müsbət adət-ənənələrin insan ağlı ilə vəhyin ortaq məhsulu olmasından, İslamın gəldiyi ilk vaxtlarda müsəlmanların digər xalqların bir çox adət-ənənələrini xoş qarşılamalarından bəhs edib.
Bakı İslam Universiteti Zaqatala şöbəsinin müəllimi Rafiz Manafov adət-ənənələri qorumanın dini radikalizmlə mübarizədə böyük əhəmiyyət kəsb etdiyini qeyd edib, dini fanatizm və mövhumatçılıqdan uzaq, Azərbaycanın özünəməxsus dini-milli dəyərlərinə möhkəm sarılmanın mühüm olduğunu, mənfi xarici təsirlərin milli-mənəvi dəyərlərə zərər verməsinə qətiyyən imkan verilməməsini bildirib.
 
 
                                                     ***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabrın 18-də Astara rayonu Şahağac kənd məscidi dini icmasının həyata keçirdiyi "Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Astara rayonu Şahağac kənd məscidi dini icmasının sədri Nazim Əsədov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Şahağac kənd orta məktəbinin müəllimi Samid Həsənov və həmin məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Hacı Nazim Əsədov ilk öncə keçirilən layihənin əhəmiyyətindən danışıb. Daha sonra tədbirdə toxunulacaq mövzuları iştirakçıların nəzərinə çatdırıb.
Tədbirdə Hacı Nazim Əsədov "Dini maarifləndirmə zərərli vərdişlərə qarşı mübarizə üsulu kimi", Hatəm Gülməmmədov "Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi", Samid Həsənov "Dini radikalizmə qarşı gənclərimizin maarifləndirilməsi" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
                                                      ***
 
Zaqatala rayon Sumaylı kənd məscidi dini icması tərəfindən “Gənclərimizin zərərli vərdişlərdən qorunması və vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala rayon Sumaylı kənd məscidi dini icmasının sədri və imamı Fərhad Məmmədov, Bakı İslam Universitetu Zaqatala şöbəsinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Rafiz Manafov, kənd ziyalısı filologiya üzrə fəlsəfə doktoru Həşim İsmayılov,  gənclər, yuxarı sinif şagirdləri, müəllimlər və dindarlar iştirak ediblər.
                                                   ***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lerik rayonu Monidigah kənd məscidi dini icmasının həyata keçirdiyi "Gənclər və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə kənd ziyalıları və gənclər iştirak edib. Tədbir Monidigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayevin rəhbərliyi ilə 35 nəfərdən ibarət gəncin, rayon mərkəzində yerləşən  “Heydər Əliyev Mərkəzinin”  ziyarət olunması və Mərkəzlə tanışlıq məqsədi ilə təşkil olunub.
 Layihənin tədbirlər planına uyğun olaraq DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov, Monidigah kənd orta məktəbinin direktoru Şöyüb Babayev, “Heydər Əliyev Mərkəzinin” direktoru Hüsaməddin Abbasov və Monidigah kənd məscidi dini icmasının sədri Hacı Mədət Abdullayev iştirak edərək məruzələrlə çıxış etdilər.           
                      
                                           ***

Masallı rayonu Hacıtəpə kənd məscidi dini icması tərəfindən “Zərərli adətlərlə mübarizədə milli və dini dəyərlərin rolu” mövzusunda, Ərkivan qəsəbə “Göllü” məscidi tərəfindən “Erkən nigahlar və onların fəsadları” mövzusunda, Qızılavar kənd “Peysə” məscidi dini icması tərəfindən “Radikal dini cərəyanlarla mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbirlər keçirilib. Keçirilən tədbirlərdə Dövlət Komitəsinin  Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları, ilahiyyatçılar, dindarlar və yerli sakinlər iştirak ediblər.
    


Son baxılan xəbərlər

Komitə sədrindən XƏBƏRDARLIQ: Radikal qruplar məscidlərdən uzaqlaşdırılacaq

Açıqlama
24.10.2014 / 12:30
Ətraflı oxu

Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib

Press-relizlər
20.02.2018 / 17:32
Ətraflı oxu

Ağstafa rayonunda “Tolerantlıq-radikalizmə alternativ kimi” mövzusunda layihə tədbirləri davam edir

Press-relizlər
11.11.2016 / 16:51
Ətraflı oxu

Lənkəranda 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
30.01.2019 / 17:05
Ətraflı oxu

Ağdaşda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
13.03.2018 / 16:44
Ətraflı oxu

Şəkidə “Tolerant Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir baş tutub

Press-relizlər
06.08.2019 / 15:57
Ətraflı oxu