Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər / 13.11.2019 / 18:01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 13-də “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Özbəkistan Prezidentinin müşaviri Rüstəm Kasımovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Ahmedov Abdurqafur Tuyçiboyeviç, Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimov, Özbəkistan Respublikası Prezidentinin ictimai və dini təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri Rustam Kasimov Sabiroviç daxildir.

Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunan Komitə sədri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin əhəmiyyətinə toxunub. Münasibətlərin təməlində əsrlərin dərinliklərindən gələn mədəniyyət, dil və adət-ənənələrin yaxınlığı, tarixboyu formalaşan mənəvi və ümumbəşəri dəyərlərin dayandığını qeyd edən Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin bu əlaqələri daha yüksəkliyə qaldırdığını və hazırda Prezident İlham Əliyev tərəfindən uzaqgörən siyasətlə uğurla davam etdirildiyini bildirib.

Ölkəmizdəki dini mühit haqqında məlumat verən Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən dini sahəyə daim diqqət və qayğı göstərildiyini, ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını və bu münasibət sayəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu deyib.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dini radikalizmə qarşı mübarizə sahəsində fikir və təcrübə mübadiləsinin aparılmasının zəruriliyinin, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının önəmindən bəhs edib.

Azərbaycan-Özbəkistan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edən Özbəkistan Prezidentinin müşaviri Rüstəm Kasımov xalqlarımızın bir çox ortaq xüsusiyyətlərinin olduğunu qeyd edib. Bildirib ki, hərtərəfli əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin mühüm rolu var. Özbəkistanla Azərbaycan arasında din sahəsində əlaqələrin daha da genişlənməsinə maraqlı olduqlarını qeyd edən müşavir bu sahədə təcrübə mübadiləsi,  əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyevin də iştirak etdiyi  görüş zamanı, eyni zamanda din sahəsində dövlət siyasətinin aparılması üzrə təcrübə mübadiləsi, dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması üzrə maarifləndirmə işlərinin aparılması, birgə tədbirlərin keçirilməsi kimi müvafiq istiqamətlər barədə fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
27.11.2018 / 15:20
Ətraflı oxu

Göygöldə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Xəbərlər
22.11.2018 / 17:50
Ətraflı oxu

Ağdaşda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir baş tutub

Press-relizlər
17.05.2017 / 14:24
Ətraflı oxu

Cəlilabadda “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz ...

Press-relizlər
28.06.2018 / 17:32
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Ağdamda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.05.2018 / 15:15
Ətraflı oxu