Oğuzda maarifləndirmə tədbirləri təşkil olunub

Press-relizlər / 13.11.2019 / 14:10

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid Ə.Həbubullayev adına Oğuz rayon Sincan kənd tam orta məktəbində "Zərərli vərdişlərlə mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günel Abdullayeva, YAP Oğuz rayon Gənclər birliyinin sədri Elşən Alcanov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, müasir dövrdə sağlam həyat hər bir insanın məqsəd və amalı olmalıdır. Vurğulanıb ki, fərd olaraq ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə mübarizə aparmalı və bu vərdişlərin məngənəsində çarpışan digər insanlara yardım etməlidir.

Sonda  tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.

***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Təhsil Şöbəsi və Oğuz rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə daha bir tədbir "Zərərli vərdişlərə "yox" deyək" mövzusunda keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günel Abdullayeva, Oğuz rayon Gənclər və İdman idarəsinin əməkdaşı Aytən Daşdəmirova, müəllimlər və şagirdlər  iştirak ediblər.

Çıxışlar zamanı  keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Zərərli vərdişlərə bağlılığın gənc və yeniyetmələr arasında xüsusilə geniş yayılmasının  ürəkağrıdıcı məqam olduğu qeyd olunub. Bu vərdişlərin insana və cəmiyyətə vurduğu zərərlər haqqında geniş məlumat verilib.

Sonda  videoçarx nümayiş etdirilib və tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

DQİDK sədri Mübariz Qurbanlı: “Senat bu addımı ilə Fransanın özünə xələl gətirən hərəkətə yol ...

Press-relizlər
26.11.2020 / 17:44
Ətraflı oxu

“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
30.01.2018 / 17:02
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
27.02.2019 / 14:10
Ətraflı oxu

Səyavuş Heydərov: "Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur"

Press-relizlər
16.10.2018 / 17:57
Ətraflı oxu

Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: insanlarımız bayramı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə ...

Açıqlama
08.08.2019 / 10:15
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Press-relizlər
14.01.2019 / 15:29
Ətraflı oxu