Səyyad Salahlı: “Din xadimləri İslam cəmiyyətinin vəhdət prinsiplərinin formalaşması və inkişafı yolunda əhəmiyyətli addımlar atmalıdırlar”

Press-relizlər / 08.11.2019 / 09:53

Noyabrın 7-8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov bildirib ki, dini radikalizm cəmiyyət üçün təhlükəlidir. Natiq eyni zamanda, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu deyib. Vüsal Zöhrabov onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

Göyçaydakı dini durum barədə də məlumat verən V. Zöhrabovun sözlərinə görə, rayonda bütün məzhəblərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar, eləcə də rayonda dini durum sabitdir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Şərqlə Qərb arasında mədəniyyətlər və ideyalar ortaqlığı yaradan, həmrəylik körpüsü funksiyasını yerinə yetirən Azərbaycan bununla həm universal dəyərlərə bağlılığını, həm də tarixi keçmişində xüsusi yer tutub və bu gün də qoruyub saxladığı İslam dininin ali dəyərlərinə sadiq qaldığını sübut edir. Ölkəmiz qloballaşan dünyada davamlı sabitliyin bərqərar edilməsi üçün bütün vasitələrdən istifadə edir, günümüz üçün zəruri olan sülhyaradıcı, barışdırıcı mövqeyini özünəməxsus formada irəli sürür.

Vəhdətin, ortaq dəyərlərin təbliğinin önəmindən bəhs edən sədrin birinci müavini vurğulayıb ki, birlik və vəhdət dövlətlərin varlığını qoruyub saxlayan əsas amildir. Bu dəyərlərdən məhrum ölkələrdə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altındadır. Buna görə də təfriqəyə yol açan və milli-dini birliyə yönəlmiş mənfi fikir və ideyaların yayılmasının qarşısı alınmalıdır. Bakıdakı “Heydər” məscidində məzhəbindən asılı olmayaraq bütün müsəlmanların ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldığını xatırladan S.Salahlı bu təşəbbüsün böyük dəstək qazanaraq davamlı hal aldığını deyib.

Sədrin birinci müavini dünyada sünni-şiə məsələsinin məqsədyönlü şəkildə qabardığı bir zamanda Astara rayonunun Pensər kəndindəki hər iki məsciddə bütün cümə namazlarının hər məsciddə bir dəfə olmaqla vəhdət şəklində qılınmasını ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsi kimi dəyərləndirib. O bildirib ki, DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Zaqatala, Oğuz, Gəncə, Lənkəranda birgə namazların qılınması mövcud olan vəhdət ənənələrinin güclənməsinə böyük töhfə verir.

İslam dünyasında vəhdət, birlik və həmrəylik prinsiplərinə nail olmaq üçün ilk növbədə, din xadimlərinin güclü səylə çalışmalı olduqlarını vurğulayan Səyyad Salahlı onları bu işdə aktiv olmağa, İslam cəmiyyətinin vəhdət prinsiplərinin formalaşması və inkişafı yolunda əhəmiyyətli addımlar atmağa səsləyib.

DQİDK-nın Dini mararifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə radikalizm və ekstremizmin yayılması və gəncləri öz təsiri altına almasının qarşısının alınması üçün dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkib. Tural Vəlizadə İslamın insanlara düzgün şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Üfüqdəki gələcək” filminin də  nümayiş etdirildiyi ikigünlük seminar-müşavirə tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

 


Son baxılan xəbərlər

Qubada ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər
18.04.2019 / 14:40
Ətraflı oxu

Mingəçevirdə “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
13.10.2018 / 10:07
Ətraflı oxu

Bakıda “Tolerantlıq örnəyi – Azərbaycan” mövzusunda konfrans keçirilib

Xəbərlər
13.11.2019 / 13:27
Ətraflı oxu

Bayrağımız qürurumuz, and yerimizdir

Xəbərlər
08.11.2019 / 16:36
Ətraflı oxu

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində çap edilən kitablardan ibarət sərgi keçirilib

Press-relizlər
20.12.2017 / 17:02
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
08.11.2019 / 09:18
Ətraflı oxu