Balakən rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 07.11.2019 / 16:10

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayon Aslan Balayev adına İtitala kənd tam orta məktəbində “Narkomaniya və zərərli vərdişlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Balakən RİH başcısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva və həmin komissiyanın aparıcı məsləhətçi-psixoloqu Arzu Əliyeva, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Balakən rayon İtitala kənd tam orta məktəbinin direktoru Məhəmməd Mustafayev, müəllimlər və  şagirdlər  iştirak ediblər.

Çıxışlarda zərərli vərdişlərdən, dini radikalizm və xurafatdan, narkomaniyadan və onların törətdiyi fəsadlardan söz açılıb. Həmin zərərli vərdişlərin qarşısının alınması üçün dövlət səviyyəsində mübarizə aparıldığı auditoriyanın diqqətinə çatdırılıb. İnsanı məhvə sürükləyən bu kimi zərərli vərdişlərin qarşısının alınmasında cəmiyyətin hər bir fərdinin üzərinə böyük bir məsuliyyət düşdüyü qeyd olunub. 

Təbirin yekununda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi

Press-relizlər
28.04.2016 / 09:48
Ətraflı oxu

Yevlaxda “Şəhadət” sənədili filmi nümayiş etdirilib

Press-relizlər
03.05.2019 / 14:36
Ətraflı oxu

Binəqədi və Lənkəranda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.06.2019 / 14:12
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Press-relizlər
22.02.2019 / 12:38
Ətraflı oxu

Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Press-relizlər
10.05.2019 / 15:48
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər
20.08.2018 / 15:23
Ətraflı oxu