
Press-relizlər / 04.11.2019 / 16:56
Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Təhsil Şöbəsi, Oğuz Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə şəhid Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbində “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgə üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Səadət Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, məktəbin direktoru Pərviz Verdiyev müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dinlərin yaranma, inkişaf tarixindən, din pərdəsi altında gizlənmiş məkirli qüvvələrin məqsədi, fəaliyyəti, iş metodları, real təhlükəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Gəncləri radikal dini cərəyanlardan qorumağın zəruriliyi diqqətə çatdırılıb. Uşaq hüquqları, gənclərimizin mənəvi dəyərlərinin formalaşmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan söhbət açılıb.
Sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.