Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 31.10.2019 / 14:03

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Saatlı şəhər 2 saylı tam orta məktəbdə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın İmişli bölgə üzrə şöbəsinin  əməkdaşı Elvin İbrahimov, Saatlı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Rayon Təhsil şöbəsinin əməkdaşı Xalid Nəciyev, Saatlı şəhər 2  saylı tam orta məktəbin direktoru  Zabit  Rüstəmov, müəllimlər  və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı radikal dini qruplar, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verilib, dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışılıb. Dini radikalizmlə mübarizədə gənclərin savadlı olmasının, milli-mənəvi dəyərlər ruhunda formalaşmasının əhəmiyyəti vurğulanıb. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bakının Nizami rayonunda "Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
13.02.2019 / 17:24
Ətraflı oxu

Vətən sevgisi imandandır

Press-relizlər
17.05.2018 / 14:41
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru: İslam dini fitnə və fəsad törətməyi ən böyük ...

Açıqlama
12.07.2018 / 09:44
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Prezident İlham Əliyev : "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

Press-relizlər
20.10.2017 / 16:54
Ətraflı oxu

Lənkəranda “Milli Qurtuluşdan inkişafa” adlı tədbir həyata keçirilib

Press-relizlər
11.06.2018 / 11:42
Ətraflı oxu