Lənkəranda “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir baş tutub

Press-relizlər / 30.10.2019 / 15:22

Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran  bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbində tədbir keçirilib.

“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda  baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov,  Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Yaxşıxanım Fərzullayeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə uşaqların hərtərəfli inkişafı və  keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər, yeniyetmə və gənclərin zərərli vərdişlərin və dini radikalizmin təsirlərindən qorunması istiqamətində dövlətin həyata keçirdiyi  tədbirlərdən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Lənkəranda din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Xəbərlər
17.08.2020 / 12:18
Ətraflı oxu

Lənkəranda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.10.2019 / 15:56
Ətraflı oxu

Bərdədə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
20.12.2018 / 16:06
Ətraflı oxu

Sabirabadda “Milli-Mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu” mövzusu müzakirə olunub

Xəbərlər
08.07.2019 / 16:08
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.04.2019 / 16:44
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu