Cəlilabadda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Xəbərlər / 30.10.2019 / 15:23

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən ikigünlük regional konfrans oktyabrın 30-da işini “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirib.

Tədbiri giriş sözü ilə açan Cəlilabad RİH başçısının müavini Elnarə Həsənova vurğulayıb ki, ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Elnarə Həsənova deyib ki, dövlət-din münasibətləri sahəsində görülən işlər dini dəyərlərimizə yad ideologiyaların yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, XX əsrin sonlarından başlayaraq dini radikalizm, irqçilik və İslamafobiyanın geniş vüsət alması, eləcə də, bu və digər səbəblərdən qaynaqlanan terror hallarının çoxalması bəşəriyyətimiz üçün ciddi təhdidə çevrilib. Onun sözlərinə görə, xüsusən də son dövrlər Suriyə və digər ərəb ölkələrində baş verən qanlı münaqişələr digər oxşar faktlar dünyanın real təhlükələrlə üz-üzə qaldığını sübut edir.

Dini radikalizm və ekstremizm kimi mənfi hallara dinimizdə yer olmadığını diqqətə çatdıran sədr müavini vurğulayıb ki, İslam humanizm prinsiplərinə, bəşəri dəyərlərə və zəngin mədəni irsə sahib inanc sistemidir. Gündüz İsmayılov çıxışında xurafatın və dini ekstremizmin təzahür formalarından da bahəs edib. Natiq bildirib ki, dini ekstremizm və xurafat müxtəlif formalarda təzahür etsələr də, hər ikisinə münasibət mahiyyətcə eynidir. Çünki hər ikisi cəmiyyəti geriyə aparır və onlarla mübarizə aparmaq zəruridir. Sədr müavini deyib ki, qadın zorakılığı, erkən nikahlar, təhsilə qarşı laqeyd münasibət və s. də xurafatla mübarizə çərçivəsində dəyərləndirilməlidir.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov radikalizmlə mübarizədə maarifləndirmənin əsas vasitə olduğunu diqqətə çatdırıb.

Çıxış edən digər natiqlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır”

Açıqlama
16.06.2017 / 18:20
Ətraflı oxu

Komitə sədri: "Ramazan ayında bütün məscidlər azanlarla bağlı QMİ-nin fətvasına əməl etməlidir"

Press-relizlər
24.05.2018 / 16:17
Ətraflı oxu

Prezidentin Sərəncamı bölgələrdə uğurla icra olunur

Arxiv
09.02.2018 / 09:55
Ətraflı oxu

Zaqatalada “Dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.01.2017 / 15:00
Ətraflı oxu

Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Xəbərlər
12.12.2019 / 16:11
Ətraflı oxu

Qazaxda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
13.06.2019 / 16:27
Ətraflı oxu