Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 29.10.2019 / 15:52

Oktyabrın 29-da Qəbələ rayonu Bum qəsəbəsi Təbriz Yaqubov adna tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, orta məktəbin direktor müavini Ramin Məmmədov, məktəb müəllimləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, onların sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və bu proqramların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizmə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib, uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsinin önəmi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Dini konfessiya rəhbərlərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı təqdim olunub

Press-relizlər
12.07.2019 / 12:39
Ətraflı oxu

Balakəndə “Fitnə” filmi nümayiş olunub

Press-relizlər
10.06.2016 / 12:39
Ətraflı oxu

Bərdədə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
26.04.2019 / 16:57
Ətraflı oxu

Quba rayonunun Alpan kəndində “Ənənəvi İslam və dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir ...

Press-relizlər
28.07.2016 / 10:01
Ətraflı oxu

Komitənin sədr müavini Gündüz İsmayılov:" Bizim hədəfimiz radikallarla mübarizədir"

Müsahibələr
22.09.2016 / 12:27
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.12.2019 / 16:50
Ətraflı oxu