Lerikdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 25.10.2019 / 16:22

Oktyabrın 25-də Lerikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.

Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi ilə başlayıb.

Toplantıda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov nümunəvi dövlət-din münasibətlərindən söz açaraq, dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini vurğulayıb. O, çıxışında, həmçinin bu istiqamətdə həyata keçirilən tədbirlərin, seminar-müşavirədə nümayiş olunan sənədli filmin əhəmiyyətini yüksək dəyərləndirib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edirlər. Bu, müəyyən maraqlı qüvvələr tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir.

Sədr müavininin sözlərinə görə, bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

S.Heydərov vurğulayıb ki, dövlətimiz dini radikalizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir.

Bu gün zərərli dini ideologiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılması olduğunu diqqətə çatdıran natiq, ümumi təhlillərin gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərdiyini qeyd edib.

Dövlət Komitəsi tərəfindən mövcud təhlükə, təhdidlərin qarşısının alınması üçün sistemli və geniş formada maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulayan S.Heydərov, bugünkü seminar-müşavirənin də bir nümunə olduğunu deyib. Sədr müavini bu sahədəki maarifləndirmə tədbirlərinin səmərəliliyinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi İ.Əliyev çıxışında yad dini ideologiyaları İslam adı altında təbliğ etməyə çalışan bəzi ünsürlərə qarşı mübarizədə din xadimlərinin qarşısında duran vəzifələrdən və bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. Natiq dinə və dindarlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Seminar-müşavirə müzakirələrlə öz işini yekunlaşdırıb.


Son baxılan xəbərlər

Zərdabda dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
20.07.2018 / 09:39
Ətraflı oxu

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu

Şamaxıda “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər
13.08.2020 / 16:00
Ətraflı oxu

“İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək

Press-relizlər
02.04.2019 / 16:40
Ətraflı oxu

Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış ...

Press-relizlər
25.10.2018 / 14:57
Ətraflı oxu

Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə böyük töhfələr verib

Press-relizlər
08.11.2017 / 09:48
Ətraflı oxu