“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Press-relizlər / 24.10.2019 / 14:52

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi  və Saatlı Rayon Heydər Əliyev Mərkəzinin birgə  təşkilatçılığı ilə Saatlı şəhər Səməd Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbdə Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva, Saatlı şəhər Səməd Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbin direktor müavini Əlimuxtar Əhmədov, həmin məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxış edənlər İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

***

 

Oktyabrın 24-də Masallı rayonu Mahmudavar kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?”  mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin rəhbərləri, Mahmudavar kənd tam orta məktəbin müəllim və şagirdləri, valideyn və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Ölkəmizdə  uşaq hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda təsbit olunmuş əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar uğurla həyata keçirilir.

Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında uşaqların radikal və zərərli təsirlərdən qorunması üçün hər bir xalqın ənənələrinin, milli-mənəvi dəyərlərinin əhəmiyyətindən və bununla bağlı Ölkəmizdə görülən işlərdən danışıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

***

 

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

Balakən rayonu Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində  “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda keçirilən tədbirdə Balakən Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Gültac Əfəndiyeva və həmin Komissiyanın aparıcı məsləhətci-psixoloqu Arzu Əliyeva, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən rayonu Akademik Zərifə Əliyeva adına Şəhər 3 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Aslanova, müəllimlər və şagirdlər iştirak ediblər.                               

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və  onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib, uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsinin önəmi diqqətə çatdırılıb.

Təbirin yekununda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

17 saylı cəzaçəkmə müəssisəsində “Qurban bayramının fəlsəfəsi və ictimai əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2017 / 15:20
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
24.01.2018 / 12:42
Ətraflı oxu

Mehriban Əliyeva: “Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh şəraitində yaşayıblar”

Multikulturalizm
15.11.2017 / 18:00
Ətraflı oxu

Sabirabadda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.09.2018 / 16:56
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Falçılara və cadugərlərə qarşı qanun sərtləşdirilməlidir

Açıqlama
04.11.2015 / 18:04
Ətraflı oxu

Sumqayıtda “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib

Press-relizlər
16.01.2018 / 15:47
Ətraflı oxu