Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 17.10.2019 / 17:28

Oktyabrın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində 7 və 11 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Penitensiar Xidmətin nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov iştirak edib.

Dövlət Komitəsinin şöbə müdiri respublikamızda hökm sürən dinlərarası tolerantlıq mühiti haqqında danışıb. Ölkəmizdə dünyaya nümunə ola biləcək multikulturalizm və tolerantlıq ənənələrinin mövcud olduğunu deyən natiq bu mühitə əsas təhlükənin dini radikalizm olduğunu diqqətə çatdırıb və keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub. Eyni zamanda Nahid Məmmədov çıxışında penitensiar müəssisələrdə yaradılan ibadət evlərinin və kitabxanaların yüksək səviyyədə olmasının islah və tərbiyə işində, məhkumların mənəvi dünyasının zənginləşməsində faydalı olduğunu bildirib. DQİDK-nın şöbə müdiri Azərbaycandakı mövcud dövlət-din münasibətləri, dindarlar üçün ölkədə yaradılmış şərait barədə də məlumat verib.

 


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.02.2018 / 17:35
Ətraflı oxu

Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə onlayn konfrans keçirilib

Press-relizlər
13.01.2021 / 17:11
Ətraflı oxu

“Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
14.01.2021 / 16:22
Ətraflı oxu

“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.01.2018 / 11:47
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı ...

Press-relizlər
14.01.2021 / 17:15
Ətraflı oxu

Oğuz rayonunda “Milli və dini həmrəyliyin Vətən müharibəsində rolu” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər
15.01.2021 / 15:45
Ətraflı oxu