Saatlıda “Narkomaniyaya qarşı mübarizədə din faktoru” mövzusunda tədbir keçirilib

Press-relizlər / 17.10.2019 / 14:53

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı Saatlı şəhər  V.Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizədə din faktoru” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Atakişi Məhərrəmli, Saatlı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Rayon Təhsil Şöbəsinin müdir müavini Şöhrət Bədəlov, Saatlı şəhər V.Əsgərov adına 4 nömrəli tam orta məktəbin direktoru Kamran Nəsirov, müəllimlər  və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Saatlı şəhər V.Əsgərov adına 4 nömrəli tam orta məktəbin direktoru Kamran Nəsirov respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində dövlət səviyyəsində görülən işlərdən, həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb. Bildirib ki, son illər rayonda narkomaniyaya qarşı ardıcıl mübarizə aparılır və maarifləndirici tədbirlər keçirilir

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov zərərli vərdişlərlə və narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolundan söhbət açaraq, gənclər arasında maarifləndirmə işinin aparılmasının və bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Daha sonra Saatlı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verib. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Saatlı Rayon Təhsil Şöbəsinin müdir müavini Şöhrət Bədəlov gənclərə sağlam həyat tərzinin aşılanmasında, zərərli vərdişlərə, narkotik vasitələrə qarşı meylin qarşısının alınmasında ümumtəhsil məktəblərinin pedaqoji kollektivi, xüsusilə də psixoloqları qarşısında duran mühüm və məsul vəzifələrdən söhbət açıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Sumqayıt şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

Press-relizlər
24.02.2020 / 12:32
Ətraflı oxu

Mübariz Qurbanlı: "Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətləri hər bir ...

Xəbərlər
14.07.2017 / 18:38
Ətraflı oxu

Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
23.02.2018 / 16:31
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Bakıda “Milli-mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah“ adlı konfrans keçirilib

Press-relizlər
26.10.2017 / 17:04
Ətraflı oxu

Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib

Press-relizlər
22.11.2018 / 09:38
Ətraflı oxu