
Kitablar / 03.09.2019 / 10:04
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Vüqar Əliyevin “İslam dünyasında yenilik cəhdləri” adlı kitabı nəşr olunub. Kitabda İslam tarixi kontekstində islahat aparılması işinə qısa nəzər salınıb. Nəşr XIX əsrin əvvəllərindən XX əsrin birinci yarısınadək olan, bütün dünya tarixində olduğu kimi İslam aləmində də çox mühüm və məşəqqətli keçən 150 illik zaman kəsiyini özündə ehtiva edir.
Kitabda İslam dünyasında islahat aparılmasının başlanğıc mərhələsi Osmanlı, Səfəvi və Mağol imperiyaları nümunəsində təhlil olunub. Müəllif tərəfindən Azərbaycanda islahat hərakatlarına da toxunulub, bu istiqamətdə Mirzə Fətəli Axundovun fəaliyyəti xüsusi qiymətləndirilib. Həmçinin kitabda, XX əsrin əvvəllərində Rusiya İmperiyasında cərəyan edən milli və dini mübarizə əks olunub.
Qeyd edək ki, kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilib.