Hərbi hissədə maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 10.10.2019 / 15:02

Oktyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən DQİDK-nın  İmişli bölgəsi üzrə şöbəsinin  və Beyləqan rayon “N” saylı hərbi  hissənin birgə təşkilatçlığı ilə “Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz”” mövzusunda  tədbir  keçirilib.

Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, hərbi hissə komandirinin şəxsi heyətlə ideoloji iş və psixoloji təlimlər üzrə müavini Valeh Mustafayev,  Beyləqan rayonu Qarallar kənd dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan hərbi hissənin nümayəndəsi Valeh Mustafayev bildirib  ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.

Daha sonra  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb, dini maarifləndirmə sahəsində  həyata keçirilən bu cür tədbirlərin  müsbət nəticələrini qeyd edib.

Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri  Səbuhi  İbadov gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi, mənəvi dəyərlərimizin təbliği fonunda dini maarifləndirmənin ən effektiv vasitə olması barədə danışıb.

Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun NİZAMNAMƏSİ

Xəbərlər
11.10.2017 / 09:05
Ətraflı oxu

Şəkidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.09.2019 / 09:34
Ətraflı oxu

Zaqatalada “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans keçirilib

Press-relizlər
23.05.2016 / 11:15
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin sədri: Erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir

Açıqlama
28.10.2020 / 12:01
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib

Press-relizlər
13.11.2018 / 09:37
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
27.02.2019 / 14:10
Ətraflı oxu