
Press-relizlər / 09.10.2019 / 14:02
Biləsuvar Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə oktyabrın 9-da Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbdə “İslamda insan hüquqları, gender bərabərliyi və gənclərin narkotik vasitələrdən, zərərli vərdişlərdən qorunması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, Təhsil Şöbəsinin əməkdaşı Ağamməd Caniyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin nümayəndəsi Taleh Nuruyev, şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elşən Ağazadə və “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyinin sədri Sahil Hüseynzadə iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanda insan hüquqlarının qorunması, xüsusilə bu hüquqlar çərçivəsində qadın hərəkatının inkişafı və azadlıqlarının təmin olunması istiqamətində qanunvericilik bazası genişləndirilib, cəmiyyətin müxtəlif sferalarında qadınların rolunun artırılması yolunda işlər görülüb, gender bərabərliyi təmin olunub. Natiqlər, eyni zamanda gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində keçirilən tədbirlərin böyük effekt verdiyini qeyd ediblər.
Tədbirin yekununda mövzu ilə bağlı film nümayiş etdirilib.